Sabah bəzi ərazilərdə hava çiskinli olacaq - 12.02.2025

Sabah bəzi ərazilərdə hava çiskinli olacaq - 12.02.2025
11 Fev 2025 12:54

Azərbaycan ərazisində fevralın 12-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarda yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.


20 İyul 2026
Cəmiyyət

Vaqif Poeziya Günləri "Sözün Zəfəri – Zəfərin sədası" adlı konsert proqramı ilə yekunlaşıb (FOTO)

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri Şuşada "Sözün Zəfəri – Zəfərin sədası" adlı konsert proqramı ilə başa çatıb.

20 İyul 2026
Cəmiyyət

Sabah 39 dərəcə isti olacaq - 21.07.2026

İyulun 21-də gözlənilən hava proqnozu açıqlanıb.

20 İyul 2026
Cəmiyyət

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb, sənəd qəbulunun vaxtı bilinib

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.

20 İyul 2026
Cəmiyyət

Polis 11 tüfəng və 198 patron aşkarlayıb

İyulun 18-də və 19-da polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbirləri keçirilib.

20 İyul 2026
Cəmiyyət

FHN: Ötən həftə 700-ə yaxın yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 672 yanğına çıxış, 48 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.