Azərbaycanın güləş millisi Xorvatiyada təlim-məşq toplanışına start verib

Azərbaycanın güləş millisi Xorvatiyada təlim-məşq toplanışına start verib
11 Fev 2025 12:06

Azərbaycanın yunan-Roma güləşi üzrə millisi reytinq turnirindən sonra Xorvatiyada qalaraq təlim-məşq toplanışına start verib.

"Report" Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Zaqrebdən Poreçə yollanan komanda fevralın 22-dək bu şəhərdə hazırlıq keçəcək.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 20 güləşçi müxtəlif ölkələrin komandalarıyla birgə təşkil edilən toplanışda iştirak edir. Ancaq reytinq turnirində zədələnərək qulağından əməliyyat olunan Həsrət Cəfərov vətənə qayıdıb. Olimpiya mükafatçısı ən azı 10 gün bərpa prosesi keçməlidir. Yalnız bundan sonra həkimlərin rəyinə əsasən, fərdi məşqlərə başlaya bilər.

Qadın güləşçilər isə Xorvatiyadan Macarıstana yola düşüb. Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 10 güləşçi Tatada keçirilən hazırlıq prosesinə cəlb edilib. Fevralın 9-da start götürən toplanış ayın 22-dək davam edəcək.

Sərbəst güləşlərdən ibarət milli isə Vladiqafqaza üz tutub. Şimali Osetiyanın paytaxtında keçiriləcək təlim-məşq toplanışı fevralın 26-dək davam edəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında 24 güləşçi toplanışda yer alır.

Hər üç yığmanın hazırlıq prosesi əsasən taktiki-texniki çalışmaların üzərində qurulub. Ölkə xaricində keçirilən toplanışlar 8-14 martda Albaniyada baş tutacaq U-23 Avropa çempionatı və 7-13 apreldə Slovakiyada təşkil ediləcək böyüklərin Avropa çempionatına hazırlıq xarakteri daşıyır.


5 Dek 2025
İdman

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tura yekun vurulacaq

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının V turuna bu gün yekun vurulacaq.

5 Dek 2025
İdman

Qarabağ atları Əbu-Dabidə ərəbləri heyran etdi

Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan təmsilçilərinin möhtəşəm mədəniyyət təqdimatı böyük rəğbətlə qarşılanıb.

5 Dek 2025
İdman

Azərbaycan alpinisti Antarktidanın ən yüksək zirvəsini fəth edib

Azərbaycan alpinisti Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsi olan Vinson dağını (4 892 metr) fəth edib.

5 Dek 2025
İdman

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Məhəmmədəli Aşurəliyev (60 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

4 Dek 2025
İdman

Azərbaycan-Britaniya münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi imkanlarını müzakirə edib

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.