Azərbaycanda bahar bayramları başladı - Video

Azərbaycanda bahar bayramları başladı - Video
11 Fev 2025 11:46

Ölkəmizdə hər il fevralın 10-dan 11-nə keçən gecə Novruz bayramının gəlişi ilə əlaqədar Xıdır Nəbi bayramı keçirilir.

BiG.AZ xəbər verir ki, Xıdır Peyğəmbərin adı ilə bağlı olan bu gecəni hər il Tovuz sakinləri ocaq başına toplaşaraq xüsusi qeyd edirlər.

Onlar Xan Çinarın ətrafında yığışaraq tonqal qalayır, rəqs edirlər. İnanca görə, bundan sonra qışın çətin günləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur, Xıdır Nəbi evlərə bərəkət paylayır.

Xıdır Nəbi bayramında buğda və qarğıdalı sacda qovurulur, daha sonra üyüdülərək şəkər tozu, doşab ilə yoğrulub qovut hazırlanır və uşaqlara, qonşulara paylanır.
Daha ətraflı ATV-nin hazırladığı süjetdə:


13 Yan 2026
Cəmiyyət

Azərbaycan 3 ölkədən təbii bal tədarükünü bərpa edib

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 478 min ABŞ dolları dəyərində 85,3 ton təbii bal idxal edib.

13 Yan 2026
Cəmiyyət

Sumqayıtda silah-sursat tapılıb

Sumqayıt şəhərində qanunsuz silah-sursat aşkar olunub.

13 Yan 2026
Cəmiyyət

Bu ayın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib.

13 Yan 2026
Cəmiyyət

Sabah Bakıya sulu qar yağacaq, güclü külək əsəcək - 14.01.2026

Azərbaycanda yanvarın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

13 Yan 2026
Cəmiyyət

Biləsuvarda zəlzələ olub

Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.