Qızılın qiyməti yeni rekord vurdu

Qızılın qiyməti yeni rekord vurdu
11 Fev 2025 11:16

Nyu-York Ticarət Birjasının "Comex" bölməsində aprel fyuçersləri üzrə qızılın qiyməti tarixi maksimumunu yeniləyərək 1 troy unsiyası üçün 2 950 dollar həddini keçib.

BAKU.WS xəbər verir ki, ticarət platformalarının verdiyi son göstəricilər qızılın dəyərində əhəmiyyətli artım olduğunu təsdiqləyir.

Bu gün səhər saatlarında qızılın qiyməti 1,60% yüksələrək 2 950,3 dollar olub. Daha sonra artım davam edərək bir unsiya üçün 2 953,8 dollara (+1,72%) çatıb.

Qeyd edək ki, qızılın dəyərinin yaxın günlərdə necə dəyişəcəyi isə bazarın dinamikasından asılı olacaq.


19 Mar 2025
Cəmiyyət

İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırılıb

İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 5 332-dən 5 402-yə çatdırılıb. 

19 Mar 2025
Cəmiyyət

Adil Kərimli vətəndaş qəbulu keçirib

Azərbaycan mədəniyyət naziri Adil Kərimli martın 19-da bir qrup vətəndaşın müraciətlərini dinləyib.

19 Mar 2025
Cəmiyyət

AQTA sədri vətəndaş qəbulu keçirəcək

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 3-ü saat 14:00-da vətəndaş qəbulu keçirəcək.

19 Mar 2025
Cəmiyyət

Bayram tətilindən sonrakı ilk dərs günü açıqlandı

Novruz bayramı ilə əlaqədar istirahət günlərindən sonra ilk dərs gününün vaxtı açıqlanıb.

19 Mar 2025
Cəmiyyət

Dini Komitənin sədri Abşeronda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 19-da Abşeron rayonunda vətəndaşları qəbul edib.