Məcnun Məmmədov şərab və quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub

Məcnun Məmmədov şərab və quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub
05 Fev 2025 15:37

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən şərab və quşçuluq müəssələrinin fəaliyyəti ilə tanış olub.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazirə Xaçmaz və Şabrandakı şərab istehsalı müəssələrinin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal olunan məhsullar, rəqabətə davamlı şərab istehsalının artırılması, xarici bazarlara məhsul ixracı imkanları barədə məlumat verilib. Görüşlərdə istehsal zamanı meydana çıxan çətinliklər, ixrac imkanlarının artırılması üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialının gücləndirilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin şərab istehsalı müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Daha sonra M.Məmmədov Siyəzən rayonunda fəaliyyət göstərən broyler müəssisəsində müasir texnologiyaların tətbiqi ilə maraqlanıb. Nazirə müəssisədə bütün istehsalat zəncirinin beynəlxalq qida təhlükəsizliyini idarəetmə sistemlərinə uyğunlaşdırıldığı, sanitar-gigiyenik və qida təhlükəsizliyi qaydalarına uyğun toyuq əti istehsal olunması, məhsulların sertifikatlaşması prosesi barədə ətraflı məlumat verilib.

12 Noy 2025
Siyasət

Ərdoğan: "Azərbaycanlı qardaşlarımız bizə lazım olan hər cür dəstəyi verirlər"

Türkiyə ilə yanaşı Azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı dərindən kədərləndirən bu faciəli hadisəni hərtərəfli araşdırırıq".

12 Noy 2025
Siyasət

Ərdoğan Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarənin istintaqı barədə danışıb

Dünən C130 hərbi yük təyyarəsi qısa müddət sonra Gürcüstan–Azərbaycan sərhədinə yaxın Siqna-G bölgəsində qəzaya uğrayıb.

12 Noy 2025
Siyasət

Mikayıl Cabbarov Lü Cünlə görüşdü: Mühüm məsələlər müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov "China Datang Corporation Ltd." şirkətinin sədri Lü Cün ilə görüşüb.

12 Noy 2025
Siyasət

İlham Əliyev: "Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz məmurların göstərişləri olub"

"Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub".