İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı
05 Fev 2025 14:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

"İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.

Azərbaycan bu dəhşətli faciə ilə bağlı qardaş Türkiyənin dərdini bölüşür, kədərini birlikdə yaşayır. Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrindən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi. Həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü.

Bu gün güclü və qüdrətli Türkiyə dövləti Sizin rəhbərliyiniz altında fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkmiş bölgədə həyatın və iqtisadiyyatın dirçəldilməsi, insanların yeni evlər və iş yerləri ilə təmin olunması istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirir. Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq.

"Bir millət iki dövlət" prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir.

Əminəm ki, bir-birinə qırılmaz tellər ilə bağlı olan xalqlarımızın iradəsi ilə zamanın sınaqlarından çıxmış birliyimiz və strateji müttəfiqliyimiz daim yaşayacaq, ölkələrimizin rifahı və əmin-amanlığı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu anım günündə bir daha Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".


6 Noy 2025
Siyasət

Buxarestdə Zəfər Günü qeyd olunub (FOTO)

4 noyabrda Azərbaycan Respublikasının səfirliyinin təşkilatçılığı ilə Buxarestdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

6 Noy 2025
Siyasət

Cəbrayıla yeddi baş ceyran buraxılıb

Şirvan Milli Parkından götürülən yeddi baş ceyran Cəbrayıl rayonu ərazisinə buraxılıb.

6 Noy 2025
Siyasət

Azərbaycan Parisdə imzalanan konvensiyaya qoşuldu

Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulub.

6 Noy 2025
Siyasət

Horadiz–Zəngilan–Ağbənd avtomobil yolunda son vəziyyət açıqlanıb

Horadiz–Zəngilan–Ağbənd avtomobil yolunda tunellərdən biri artıq tam hazır vəziyyətdədir və bütün tikinti işləri son texnologiyalara uyğun aparılır.

6 Noy 2025
Siyasət

Sahil Babayev: "Son beş ildə təhsilə ayrılan vəsait 1,3 milyard manat artıb"

Təhsil xərcləri 5 milyard manat və ya büdcənin 12 faizini təşkil edəcək. Bu, 2025-ci illə müqayisədə 78.6 milyon manat (1.6%), 2024-cü illə müqayisədə isə 625.8 milyon manat (14.3%) çoxdur".