Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Dəfn olunacaq şəhidlərdən üçü də hərbçidir.
Fevralın 7-də hərbçilər Tərlan Fikrət oğlu Məmmədov Yevlax şəhəri Şəhidlər xiyabanında, Müşfiq İbrahim oğlu Quliyev Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığında, Elşən Qubad oğlu isə Tağıyev Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaqlar.
Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib.
Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri cənab Zukan Helez ilə görüşüb.
Tanınmış aparıcı Günel Bəhramqızına İqtisadiyyat Nazirliyində yeni vəzifə verilib.