Özəl sektorda fəaliyyət göstərən şirkətlər bəzən baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğa müraciət etmək istəmirlər.
“Report”un əldə etdiyi məlumata görə, bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib.
O əlavə edib ki, Baş Prokurorluq onların müdafiəçisi qismindədir:
“Özəl sektorla bağlı müraciətlərdə açıq aydın cinayət əməli olmayanda digər dövlət qurumlarına yönəldilir. Özəl sektorun fəaliyyətinə heç bir müdaxilə edilməməsinə çalışırıq. Ümumiyyətlə, zərurət olmadığı halda qarışılmasının tərəfdarı deyilik”.
Türkiyəyə rəsmi səfəri çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.
Bu ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 30 milyard manat olub.
Bu ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 3 milyon 745,6 min ton təşkil edib.