Azad olunan ərazilərdə yanvar ayı ərzində 505 piyada əleyhinə mina, 257 tank əleyhinə mina, 1 497 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.
Məlumata əsasən, 3 583 hektar ərazi minalardan təmizlənib.
Somali Prezidenti Həsən Şeyx Mahmud bu gün Azərbaycana rəsmi səfərə yola düşüb.
"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.
"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş" təsdiqlənib.