Biləsuvar Rayon İcra Hakimiyyətində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin və onun tərəfdaş şirkəti olan “SOCAR Green”in mütəxəssislərinin iştirakı ilə rayonda tikiləcək Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq, mövcud vəziyyətin qiymətləndirilməsi və görüləcək işlərlə bağlı növbəti görüş keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, görüşdə Biləsuvar rayon icra hakimiyyətinin başçısı, başçının müavinləri, baş proqram meneceri Fernando Villanueva Baschwitz, Neftçala və Biləsuvar Günəş Elektrik Stansiyasının baş direkoru Yernur Jiyenbayev, “Masdar” şirkətinin nümayəndələri Amr Usama, Abdalla Əli AlMarzooqi, Murad Sadıxov, Yaşar Qocayev, Kamil Manafov, tərəfdaş şirkət olan “SOCAR Green”in nümayəndələri İlkin Osmanov və Şamil Nuri tərəfindən tikinti işləri ilə bağlı vəziyyət yenidən müzakirə olunub, cari vəziyyət qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan dövləti ilə “Masdar” şirkəti arasında aparılan danışıqların yekunu olaraq, Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyasının tikintisi qərara alınıb və bu məqsədlə Biləsuvar rayonunun inzibati ərazisində, dövlət mülkiyyətində olan 1 454 hektar torpaq sahəsi ayrılıb.
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Bakıda Zəfər parkını ziyarət edib.
Hazırda Şuşa Dövlət Peşə Təhsil Mərkəzi yaradılır, Ağdam, Qubadlı, Zəngilanda isə peşə təhsil müəssisələri ilə bağlı layihələndirmə işləri aparılır.
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər.
Fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.