Gəncənin daxili yolları əsaslı təmir edilir

Gəncənin daxili yolları əsaslı təmir edilir
04 Fev 2025 17:25

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı ölkə Prezidentinin sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işləri aparır.

"Report" agentliyə istinadən xəbər verir ki, təmir olunan küçələrin ümumi sahəsi 843 min kv.m təşkil edir.

Məlumata görə, təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin yekunlaşdığı küçələrdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq sonda hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq.

Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Gəncədə aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, rahat gediş-gəlişi təmin edəcək.

10 Sent 2026
Cəmiyyət

Şükürbəyli kəndinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub - FOTO

Bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

10 Sent 2026
Cəmiyyət

Daha 25 ailə Cəbrayılın Şükürbəyli kəndinə çatıb - FOTO

Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb.

10 Sent 2026
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq - 11.09.2026

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

10 Sent 2026
Cəmiyyət

Azərbaycan 140-dan çox ölkəyə beynəlxalq yardım göstərib

Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb.

10 Sent 2026
Cəmiyyət

Milli Məclisdə komitə iclaslarının vaxtı AÇIQLANDI

Milli Məclisin 2026-cı il payız sessiyası çərçivəsində keçiriləcək ilk komitə iclaslarının vaxtı açıqlanıb.