Bakıdakı Səudiyyə Ərəbistanı Mərkəzi yeni layihələr hazırlayır

Bakıdakı Səudiyyə Ərəbistanı Mərkəzi yeni layihələr hazırlayır
04 Fev 2025 17:16

Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru Abdulla Əl-Vaşmi Azərbaycana səfəri çərçivəsində Bakı Avrasiya Universitetinin nəzdindəki Səudiyyə Ərəbistanı Mərkəzində olub.

“Report” xəbər verir ki, Mərkəzin direktoru, dosent Ülviyyə Hüseynova qonaqlara onun fəaliyyəti barədə məlumat verib.

Onun sözlərinə görə, son illər Azərbaycanda ərəb dilinin öyrənilməsinə marağın artdığı müşahidə olunur.

Ü.Hüseynova qeyd edib ki, Mərkəz Bakıdakı ərəbdilli səfirliklərlə fəal əməkdaşlıq edir.

"Mərkəzimiz bir çox layihələr planlaşdırıb. Bunlardan biri də istəyən hər kəs üçün pulsuz ərəb dili dərslərinin təşkilidir. Biz bu təşəbbüsü ayrı-ayrı sektorlarda müxtəlif nazirlik və təşkilatlara təqdim etdik və çoxlu müsbət rəylər aldıq. Ümid edirik ki, bu ideya öz bəhrəsini verəcək", - Ü.Hüseynova qeyd edib.

Baş direktor Abdulla Əl-Vaşmi jurnalistlərlə söhbətində Səudiyyə Ərəbistanında ərəb dilinə çox həssas münasibət göstərildiyini vurğulayıb.

"Biz Bakıdakı mərkəzin fəaliyyətini izləyirik və burada fəaliyyətimizi genişləndirəcəyimizə ümid edirik. Bu məqsədlər üçün Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyi ilə sıx əməkdaşlıq edirik", – o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda 6 il bundan əvvəl yaradılmış Səudiyyə Ərəbistanı Mərkəzi Beynəlxalq Ərəb Dili Akademiyasının dünyada ilk və yeganə filialıdır.

Bundan əlavə, bu ildən etibarən Azərbaycanda ilk dəfə olaraq IELTS-ə bənzər Ərəb dili üzrə Test Mərkəzi yaradılır ki, bu da ərəb dili biliklərinin beynəlxalq sertifikatlaşdırılmasında mühüm addım olacaq.

Foto: Mircavid Eminoğlu


11 Fev 2025
Siyasət

Somali Prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Somali Prezidenti Həsən Şeyx Mahmud bu gün Azərbaycana rəsmi səfərə yola düşüb.

11 Fev 2025
Siyasət

Prezidentdən "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" haqqında FƏRMAN

"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. 

11 Fev 2025
Siyasət

İlham Əliyev Rusiya ilə vacib sazişi TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş" təsdiqlənib. 

11 Fev 2025
Siyasət

Bakı, Sumqayıt və Abşeron üzrə fevral ayının pensiyaları yeni artımla birgə ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyalarını ödəyib.

11 Fev 2025
Siyasət

Hikmət Hacıyev Xankəndidən paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərindədir.