Avropa çempionatının əsas mərhələsində bu gün üz-üzə gələcək Azərbaycan və Yunanıstanın futzal milliləri indiyədək 5 dəfə qarşılaşıblar.
"Report" Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmaların hamısında yığmamız qalib gəlib.
İlk duel dünya çempionatının Xorvatiyada təşkil olunan qrup oyunları zamanı baş tutub və Azərbaycan 8:3 hesablı qalibiyyətə sevinib.
Sonrakı iki matç AVRO-2022-nin əsas mərhələsinə təsadüf edib. Yunanıstanda 3:0 hesabı ilə qalib gələn milli Bakıda daha məhsuldar olub - 4:0.
DÇ-2024-ün oyunlarında isə daha çox qol vurulub. Afinadakı qarşılaşmada rəqib qapısından 7 cavabsız top keçirən futzalçılarımız Bakıdakı oyunda rəqibini 5:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, bu gün Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Azərbaycan taekvondoçusu Ülvi Məmmədov (37 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində gümüş medal qazanıb.
Azərbaycanın yunan-Roma güləşi üzrə millisi reytinq turnirindən sonra Xorvatiyada qalaraq təlim-məşq toplanışına start verib.
Bu gün Azərbaycan Premyer Liqasının XXII turuna yekun vurulacaq.