Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyinat olub.
"Report" xəbər verir ki, bu vəzifə Rufik İsmayılova həvalə edilib.
O, 2003-cü ildən jurnalistika sahəsində fəaliyyət göstərir, indiyə qədər müxtəlif mətbu orqanlarda müxbir, məsul katib, prezident və parlament müxbiri, redaktor, baş redaktor və redaksiya müdiri vəzifələrində çalışıb, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləyib.
Dövlət Vergi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq.
Azərbaycan ərazisində fevralın 12-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.