Kəngərlidə top mərmiləri aşkar edilib

Kəngərlidə top mərmiləri aşkar edilib
04 Fev 2025 15:21

Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Kəngərli rayonu, Yeni Kərki kəndi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Report"un yerli bürosuna verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan MR FHN-in pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 120 mm-lik və 1 ədəd 110 mm-lik qəlpəli top mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


11 Fev 2025
Cəmiyyət

Dövlət Vergi Xidmətinin kollektivi Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanını ziyarət edib

Dövlət Vergi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

11 Fev 2025
Cəmiyyət

Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq

Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq.

11 Fev 2025
Cəmiyyət

Sabah bəzi ərazilərdə hava çiskinli olacaq - 12.02.2025

Azərbaycan ərazisində fevralın 12-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

11 Fev 2025
Cəmiyyət

Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş "Qış təlimi-2025"də ölkəmizi layiqincə təmsil edərək Vətənə qayıdıblar.

11 Fev 2025
Cəmiyyət

Azərbaycanda bahar bayramları başladı - Video

Ölkəmizdə hər il fevralın 10-dan 11-nə keçən gecə Novruz bayramının gəlişi ilə əlaqədar Xıdır Nəbi bayramı keçirilir.