Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək - 05.02.2025

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək - 05.02.2025
04 Fev 2025 13:14

Azərbaycan ərazisində fevralın 5-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Axşam arı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.


12 Noy 2025
Cəmiyyət

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq planı imzalanıb

Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri cənab Zukan Helez ilə görüşüb.

12 Noy 2025
Cəmiyyət

Günel Bəhramqızına yeni vəzifə verildi

Tanınmış aparıcı Günel Bəhramqızına İqtisadiyyat Nazirliyində yeni vəzifə verilib.

12 Noy 2025
Cəmiyyət

Sabahın hava proqnozu - 13.11.2025

Azərbaycan ərazisində noyabrın 13-ə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

12 Noy 2025
Cəmiyyət

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Adil Kərimli noyabrın 28-də saat 10:00-da Ağdamda vətəndaşları qəbul edəcək.