Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür

Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür
04 Fev 2025 11:39

Bu gün Azərbaycan bəstəkarı və müğənnisi, SSR Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür.

Oxu.Az xatırladır ki, Polad Murtuza oğlu Məmmədov 1945-ci ilin fevralın 4-də Bakıda anadan olub. O, soyad kimi atasının ləqəbini - Bülbül götürüb.

O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınıb. Kino filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və s. əsərlərin müəllifidir.

1973-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1982-ci ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adlarını alıb.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu "Müqəddəs Knyaz Nevski" mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.

O, Qarabağa etdiyi səfərlərdə Azərbaycanın marağına uyğun apardığı bir sıra işlərə görə, "Eşq və ölüm" baletinin Moskvada tamaşa qoyulması ilə mədəniyyətə verdiyi töhfəyə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.

2005-ci ildə "İstiqlal" ordeni ilə, 2015-ci ilin fevralın 3-də "Şərəf" ordeni ilə təltif edilib.

2016-cı ilin mayın 18-də məşhur heykəltaraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.

2019-cu ilin iyul ayında Polad Bülbüloğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali ordeni olan "Heydər Əliyev" ordeni ilə təltif edilib.

2024-cü il sentyabrın 14-də Polad Bülbüloğlu Ermitaj Mükafatının laureatı olub. Sentyabrın 17-də isə Başqırdıstanın Xalq artisti adı verilib.

O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkisində qələbə qazanaraq Milli Məclisin VII çağırış deputatı seçilib.

2024-cü il sentyabrın 23-də Prezidentin sərəncamı ilə Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

2025-ci il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.


11 Fev 2025
Siyasət

Somali Prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Somali Prezidenti Həsən Şeyx Mahmud bu gün Azərbaycana rəsmi səfərə yola düşüb.

11 Fev 2025
Siyasət

Prezidentdən "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" haqqında FƏRMAN

"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. 

11 Fev 2025
Siyasət

İlham Əliyev Rusiya ilə vacib sazişi TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş" təsdiqlənib. 

11 Fev 2025
Siyasət

Bakı, Sumqayıt və Abşeron üzrə fevral ayının pensiyaları yeni artımla birgə ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyalarını ödəyib.

11 Fev 2025
Siyasət

Hikmət Hacıyev Xankəndidən paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərindədir.