Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb
04 Fev 2025 10:23

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,37 ABŞ dolları, yaxud 0,47 % azalaraq 78,15 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 75,51 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


6 Okt 2026
Cəmiyyət

Özbəkistanda Azərbaycan, Türkiyə və Özbəkistan xüsusi təyinatlılarının birgə təlimi keçirilib (FOTO)

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə Özbəkistanda “Sonsuz qardaşlıq – V” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.

6 Okt 2026
Cəmiyyət

1870 tələbə ödənişsiz təhsil alacaq - DİM-dən açıqlama

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

6 Okt 2026
Cəmiyyət

Kənd yumurtası bahalaşdı

Azərbaycanda kənd yumurtasının qiyməti bahalaşıb. Paytaxt və bölgə bazarlarında əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə çatıb.

6 Okt 2026
Cəmiyyət

Sabah Azərbaycanda intensiv yağış yağacaq - 07.10.2026

Azərbaycan ərazisində oktyabrın 6-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

6 Okt 2026
Cəmiyyət

Laçında daha üç su elektrik stansiyası tikilir (FOTO/VİDEO)

“AzərEnerji” tərəfindən Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyası inşa edilir.