Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
04 Fev 2025 09:04

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər edib.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində baş direktor Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb. Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın qədim tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra Qazaxıstan Respublikası müdafiə nazirinin müavini general-mayor Şayx-Xasan Jazıkbayev ilə görüş keçirilib.

Hər iki tərəf bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini vurğulayıb, keçirilən birgə təlimlərin hərbi qulluqçularımızın peşəkarlığının artırılmasına və ordularımızın daha da güclənməsinə müsbət təsir etdiyini bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.

 

 


11 Fev 2025
Siyasət

Somali Prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Somali Prezidenti Həsən Şeyx Mahmud bu gün Azərbaycana rəsmi səfərə yola düşüb.

11 Fev 2025
Siyasət

Prezidentdən "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" haqqında FƏRMAN

"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. 

11 Fev 2025
Siyasət

İlham Əliyev Rusiya ilə vacib sazişi TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş" təsdiqlənib. 

11 Fev 2025
Siyasət

Bakı, Sumqayıt və Abşeron üzrə fevral ayının pensiyaları yeni artımla birgə ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyalarını ödəyib.

11 Fev 2025
Siyasət

Hikmət Hacıyev Xankəndidən paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərindədir.