Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində 6 fevral 2023-cü il tarixində baş vermiş dağıdıcı zəlzələnin ikinci ildönümü ilə əlaqədar regionda tamamlanmış və davam edən yenidənqurma layihələrinin icrasına xarici jurnalistlərin iştirakı ilə yerində baxış keçirilir.
“Report”un Ankara bürosu xəbər verir ki, Türkiyə Prezident Administrasiyası yanında Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın 12 ölkəsindən 90-dan çox media nümayəndəsi qatılıb.
Proqram çərçivəsində zəlzələdə ən çox dağıntıya məruz qalan Adıyaman, Kahramanmaraş və Hataydakı binaların yenidən layihələndirilməsi, səhiyyə, təhsil sahəsindəki tikililərin bərpası, infrastruktur və mədəni irsin yenidən qurulması ilə bağlı layihələr ətraflı şəkildə nəzərdən keçiriləcək.
Qeyd edək ki, 6 fevral 2023-cü il tarixdə episentri Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.6 və 7.7 maqnitudalı zəlzələ nəticəsində 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.
Təbii fəlakət bölgəsinə 650 min nəfərlik işçi qüvvəsi cəlb olunub. 90 ölkədən 11 min 488-i beynəlxalq olmaqla 35 min 250-si axtarış-xilasetmə və təhlükəsizlik xidməti cəlb olunub. Təbii fəlakətin ilk günündən etibarən Azərbaycan da Türkiyəyə yardımlar edib.
Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.
Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış baş verib.
Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-nın düşməsi ilə bağlı Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.
Filippində təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, daha səkkiz nəfərin taleyi isə hələlik məlum deyil. Faciəyə aramsız musson yağışlarının səbəb olduğu güclü torpaq sürüşmələri və genişmiqyaslı subasmalar yol açıb.