Azərbaycan stolüstü tennisçiləri Qətərdə keçirilən turniri 3 medalla başa vurublar

Azərbaycan stolüstü tennisçiləri Qətərdə keçirilən turniri 3 medalla başa vurublar
03 Fev 2025 16:50

Azərbaycan stolüstü tennisçiləri Qətərin paytaxtı Dohada keçirilən “WTT Youth Star Contender Doha 2025” turnirini 3 medalla başa vurublar.

"Report" xəbər verir ki, yarışın son günündə mübarizə aparan Onur Quluzadə U-15 kateqoriyasının qoşa turnirində gümüş mükafata sahib çıxıb.

Onur və koreyalı həmkarı Ma Yeongmin finalda Türkiyə idmançıları Kənan Kahraman və Görkem Ocala uduzaraq gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, bundan əvvəl Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova isə qoşa yarışlarda bürünc mükafata yiyələnmişdilər. Onur Quluzadə həmçinin Dohada təşkil olunan “WTT Youth Contender Doha 2025” turnirinin gümüş medalını qazanmışdı.


10 İyun 2026
İdman

Tələbə Basketbol Liqasının mükafatçıları bəlli olub

Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Tələbə Basketbol Liqasının 2025/2026 mövsümünə yekun vurulub.

9 İyun 2026
İdman

Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub

Sərbəst güləş üzrə aşağı yaş qrupları üzrə milli komandaların tərkibi yenidən formalaşıb.

8 İyun 2026
İdman

Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə Helsinborqda üçüncü yeri tutub

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə İsveçin Helsinborq şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində üçüncü olub.