Hər il 14 yanvar Köhnə Yeni İl (yəni, Julian təqviminə əsasən Yeni İl) kimi qeyd olunur. Bu, əsasən Rusiyada, bir sıra postsovet ölkələrində və bəzi pravoslav xristianlar arasında geniş yayılmışdır. Tarixi Julian və Qriqorian təqvimləri arasındakı fərqdən qaynaqlanır.
BAKU.WS xəbər verir ki, bayramı qeyd edən insanlar bu günlə bağlı müxtəlif ayinlər yerinə yetirir.
Ən maraqlı adətlərdən bəziləri bunlardır:
1. Yeni il süfrəsi qurmaq:
İnsanlar Köhnə Yeni İli kiçik miqyaslı, ailəvi bayram kimi qeyd edir. Süfrəyə ənənəvi yeməklər qoyulur. Bu, sanki Yeni İli yenidən qarşılamaqdır.
2. Diləklərin yazılması və yandırılması:
Yeni İl üçün istəklər kağıza yazılır, sonra yandırılır və külü şəraba tökülərək içilir.
3. İlin uğurlu olması üçün ayinlər:
Rusiyada bəzi insanlar bu gecə dilək tutaraq qar dənəciklərini əritməyə çalışır və ya gələn ilin bərəkətli keçməsi üçün taxıl səpirlər.
4. Ənənəvi falçılıq:
Xüsusilə qızlar Köhnə Yeni İl gecəsi gələcək haqqında fal açmağı sevirlər. Bu, onların evlilik və ya taleləri ilə bağlı ipucu almaq üçün edilir.
Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur.
Bu dadlı və faydalı meyvə güclü müalicəvi təsirə malikdir. Heyva pektinlər, dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, PP, A, B1, B2, B6, C vitaminlərlə, beta-karotinlə zəngindir.
Tədqiqatçılar ədviyyatların qanda qlükoza və xolesterol səviyyələrini tənzimləməkdə mühüm rol oynadığını aşkar ediblər.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.