Azərbaycan Basketbol Liqasının IX turundan təxirə salınmış oyunların vaxtı dəqiqləşib.
Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
A qrupunun "Naxçıvan" - "Abşeron" matçı yanvarın 14-də, saat 19:00-da start götürəcək.
B qrupunun "Şəki" - "Gəncə" görüşü növbəti gün, saat 14:00-da, "Sumqayıt" - "Quba" qarşılaşması isə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.
Hindistan şahmatçısı Dommaracu Qukeş ölkənin ən yüksək idman mükafatı sayılan "Mayor Dhian Çand Khel Ratna" ilə təltif edilib.
Azərbaycanın gənclərdən ibarət taekvondo millisi ilin ilk təlim-məşq toplanışına başlayıb.
Bu gün bir sıra maraqlı futbol görüşləri keçiriləcək.