RİNN yanında İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə qaydası təsdiqləndi

RİNN yanında İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə qaydası təsdiqləndi
10 Yan 2025 15:44

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Oxu.Az President.az-a istinadən bildirir ki, qeyd olunan fərmana (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1034 (Cild I) aşağıdakı dəyişikliklər edilir:

- adında və 1-ci hissədə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf" sözləri ilə əvəz edilir.

- 5-ci hissədə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilir.

Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası" yeni redaksiyada verilir.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI ilə bu linkdən tanış olmaq mümkündür.


17 İyun 2025
Siyasət

Gürcüstan və Türkiyə parlament sədrləri regional əməkdaşlığı müzakirə ediblər

Türkiyəyə rəsmi səfəri çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.

17 İyun 2025
Siyasət

Azərbaycanda istehlak bazarı 5 %-dən çox böyüyüb

Bu ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 30 milyard manat olub.

17 İyun 2025
Siyasət

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 12 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 3 milyon 745,6 min ton təşkil edib.

17 İyun 2025
Siyasət

Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda çıxış edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində təşkil edilən "Resursların dayanıqlılığının təşviqi" adlı panel sessiyada çıxış edib.

17 İyun 2025
Siyasət

Qazaxıstan və Azərbaycanın dənizçiləri hərbi təlimlərdə iştirak ediblər

Qazaxıstanın Aktau şəhərində "Caspian Breeze - 2025" hərbi dəniz təlimləri başlayıb.