Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Küveyt Dövlətinin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin etimadnaməsini qəbul edib.
Oxu.Az bildirir ki, bu barədə AZƏRTAC xəbər verir.
“Azərbaycanın xarici siyasətində, o cümlədən, qonşu ölkələrlə bağlı həyata keçirdiyi siyasətində Gürcüstanla münasibətlər hər zaman xüsusi diqqət mərkəzində saxlanılıb. Məlumdur ki, ölkəmizin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit ölkə kimi çıxış edir.”
“1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qanlı Yanvar qırğını Azərbaycan xalqını eyni zamanda həm keçmiş “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə, həm də özünün dövlət müstəqilliyini bərpa etməyə qalxdığına görə cəzalandırmaq məqsədilə keçmiş sovet imperiyası rəhbərliyinin törətdiyi insanlıq əleyhinə yönəlmiş hərbi cinayətdir.”
Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə Xarici İşlər Nazirliyində mətbuata birgə açıqlamalar verirlər.