Ötən il 110,27 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 161 ədəd piyada, 20 ədəd tank əleyhinə mina, 220 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində məlumat verilib.
Bununla yanaşı, keçən il 1 000 metr məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi vallar salınıb, 30,6 km məsafədə mühəndis-texniki çəpər və fiber-optik kabel xətti çəkilib.
Eyni zamanda, ötən il işğaldan azad edilmiş ərazilərdə 15.9 km yeni yol çəkilib, 126.5 km yol əsaslı təmir olunub.
Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Səhiyyə Nazirliyi Zəngilan rayonun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirib.