"Şahdağ"da xizək alpinizmi üzrə Dünya Kuboku keçirilir

"Şahdağ"da xizək alpinizmi üzrə Dünya Kuboku keçirilir
10 Yan 2025 12:23

"Şahdağ"da xizək alpinizmi üzrə Dünya Kuboku keçirilir.

"Report"un Şimal bürosunun məlumatına görə, yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

İdman tədbirində “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov, Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının baş katibi Jordi Canals,
Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zengstşmid və gənclər və idman naziri Fərid Qaibov iştirak edirlər.

Yarışa 26 ölkədən - Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin, Avstriya, Andorra, İspaniya, Çexiya, Fransa, Almaniya, İran, Qazaxıstan, Niderland, Norveç, Polşa, Qətər, Slovakiya, ABŞ, Böyük Britaniya, Yunanıstan, Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın şəxs qatılıb.

Atletlər yanvarın 10-da sprint, 11-də vertikal və 13-də individul növlər üzrə mübarizə aparacaqlar.

Yarışda Azərbaycanı Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edirlər.

Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün təsnifat yarışlarından biri hesab edilir.

14 Fev 2026
Cəmiyyət

14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranması günüdür.

14 Fev 2026
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

13 Fev 2026
Cəmiyyət

Qarabağ müharibəsində itkin düşən şəhidin nəşi tapıldı

Birinci Qarabağ müharibəsinin mülki şəhidi Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.

13 Fev 2026
Cəmiyyət

Zaur Mikayılov Qəbələdə vətəndaşları qəbul edib

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Qəbələ rayonunda vətəndaşları qəbul edib.

13 Fev 2026
Cəmiyyət

Səhiyyə Nazirliyi Ağdərədə uşaqlar üçün tibbi aksiya keçirib

Ağdərə rayonunda yaşayan uşaqlar üçün kompleks səyyar tibbi müayinələr həyata keçirilib.