Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir

Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir
10 Yan 2025 11:53

"Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir və bu istiqamətdə işlər davam etdirilir".

Oxu.Az xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

O bildirib ki, əsas diqqət problemli zonaların aşkarlanması və insan axınının hansı istiqamətlərdə olduğunu müəyyənləşdirməkdir:

"Tramvay xətlərinin inşasının özlüyündə yaradacağı fəsadlar var. İlk növbədə bunun üçün uyğun yer olmalıdır. Biz Bakıda tramvay xətlərinin inşası üçün faydalı ola biləcək bir neçə ərazi müəyyən etmişik".

R.Hümbətov qeyd edib ki, hazırda şəhərin mərkəzində insanların rahat hərəkəti üçün əsas vasitə kimi metronu görürlər:

"Şəhər ətrafında olan insanların mərkəzə hərəkətini təmin etmək üçün ən effektiv vasitə isə dəmiryolu nəqliyyatıdır. Bunun üçün də bizə sovet dövründə inşa edilmiş, istismar müddətini tamamlamış xətlərin bərpası lazımdır, buna ehtiyac var. Biz həmin xətlərin üzərindən dəmiryolu nəqliyyatının istifadəyə verilməsini planlaşdırırıq".

Nazir müavini qeyd edib ki, hansı ərazilərdə dəmiryol xətti yoxdursa, həmin ərazilər üçün ən effektiv nəqliyyat vasitəsi avtobus xəttidir:

"Tramvay xəttinin məhz bu imkanların əlçatanlığının çətin olduğu ərazilər üçün inşası lazımdır. Məsələn, Mehdiabad qəsəbəsindən metronun "Azadlıq Prospekti" istiqamətində bunun olmasını düşünürük. Həmçinin, "Sea Breeze" zonasında bu ola bilər, çünki ora yeni salınan bölgə olduğu üçün tramvay xətlərinin inşası yaxşı nəticə verə bilər".


6 Noy 2025
Cəmiyyət

Laçında qanvermə aksiyası keçirilib (FOTO)

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində noyabrın 6-da Laçında könüllü qanvermə aksiyası keçirilib.

6 Noy 2025
Cəmiyyət

DİN-in əməkdaşları Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçiriblər

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları 8 Noyabr - Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçiriblər.

6 Noy 2025
Cəmiyyət

Füzulidə Mərkəzi Park salınacaq

Füzuli şəhərində Qarabağ Dirçəliş Fondunun sifarişi ilə 25 hektar ərazidə böyük bir Mərkəzi Park salınacaq.

6 Noy 2025
Cəmiyyət

Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ

Yaxın gələcəkdə bulvarın uzunluğunun 25 kilometrə çatdırılması nəzərdə tutulur.

6 Noy 2025
Cəmiyyət

FHN Tovuzda mülki müdafiə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzi Tovuz rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.