Sahibə Qafarova gürcüstanlı həmkarına başsağlığı verib

Sahibə Qafarova gürcüstanlı həmkarına başsağlığı verib
10 Yan 2025 11:07

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanda baş vermiş yanğında beş uşağın həlak olması ilə əlaqədar Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Day.Az-a məlumat verilib.

"Gürcüstanın Qali rayonunun Saberio kəndində baş vermiş yanğında beş uşağın həlak olması xəbəri bizi olduqca kədərləndirdi. Bu faciə ilə bağlı acınızı paylaşır, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verirəm", - məktubda deyilib.


18 Yan 2025
Cəmiyyət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

18 Yan 2025
Cəmiyyət

Qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

17 Yan 2025
Cəmiyyət

Səhiyyə Nazirliyi Ağalıda əhali üçün səyyar müayinələr keçirib

Səhiyyə Nazirliyi Zəngilan rayonun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirib.

17 Yan 2025
Cəmiyyət

Hər gün yarım qreypfrut yeməyin möcüzəvi faydaları

Qaraciyər sağlamlığını qorumaq üçün təbii qidaların əhəmiyyəti böyükdür. Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Bülent Yaşar qreypfrut, filtr qəhvə, tünd şokolad və bu kimi qidaların faydalarını açıqlayıb.

17 Yan 2025
Cəmiyyət

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41 232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatıb.