Azərbaycana 100-dən artıq yeni avtobus gətiriləcək

Azərbaycana 100-dən artıq yeni avtobus gətiriləcək
10 Yan 2025 10:43

"2024-cü ildə Bakı şəhəri üzrə 476 milyon sərnişin daşınıb ki, bu da ötən illə müqayisədə 28 milyon nəfər çoxdur".

Oxu.Az xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

O bildirib ki, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib:

"Bunlara nümunə olaraq 33, 46, 56 nömrəli marşrutları göstərmək olar. 200 avtobus təmir edilərək daşımaya qaytarılıb, həmçinin 165 ədəd elektrik avtobus daşımalara cəlb edilib. Özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilib və bir hissəsi artıq istismara buraxılıb".

O qeyd edib ki, 2025-ci ildə özəl daşıyıcılar tərəfindən ölkəyə 100-dən artıq yeni avtobusun gətiriləcəyi gözlənilir.


11 Apr 2026
Cəmiyyət

Sabah 15 dərəcə isti olacaq - 12.04.2026

Azərbaycanda aprelin 12-də gözlənilən hava şəraiti açıqlanıb.

11 Apr 2026
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT

Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti azalıb.

10 Apr 2026
Cəmiyyət

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır.

10 Apr 2026
Cəmiyyət

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

Aprelin 13-ü saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.