"Haber Global"a danışan siyasətçi: "Azərbaycanın tələbləri haqlıdır"

"Haber Global"a danışan siyasətçi: "Azərbaycanın tələbləri haqlıdır"
09 Yan 2025 09:34

Türkiyənin "Haber Global" telekanalında Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə ictimai müzakirəyə çıxarılıb.

Oxu.Az xəbər verir ki, müzakirələrdə ekspertlər İranda bəzi dairələrin Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyi fikirləri, İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesajları, həmçinin Azərbaycan liderinin Suriya hadisələrində Türkiyə ilə bərabər yürütdüyü siyasəti müzakirə ediblər.

Verilişin qonağı, siyasətçi Masum Türker Azərbaycana məxsus təyyarənin Rusiya səmasında hücuma məruz qalması ilə əlaqədar Bakının Moskva qarşısında qaldırdığı tələblərin, həmçinin İranda Azərbaycan səfirliyinə hücumunda ittiham edilən şəxsin tezliklə layiqli cəza almasına dair tələbin tamamilə haqlı olduğunu vurğulayıb.

 


15 İyul 2025
Siyasət

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında imzalanmış iki Anlaşma Memorandumu təsdiqlənib

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

15 İyul 2025
Siyasət

Prezident Səudiyyə Ərəbistanı ilə imzalanmış iki memorandumu TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib.

15 İyul 2025
Siyasət

Əhliman Əmiraslanov: Azərbaycanın 15 iyul hadisələri zamanı Türkiyəyə dəstəyi qardaşlıq nümunəsi idi

Bu gün Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri ən yüksək zirvəsini yaşayır.

15 İyul 2025
Siyasət

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

15 İyul 2025
Siyasət

Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

Slovakiya Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır.