Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
09 Yan 2025 09:05

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Oxu.Az AZƏRTAC-a istinadən bildirir ki, telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə "Bir millət, iki dövlət" prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyərək, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji mütəffiqlik münasibətlərinin "Bir millət, iki dövlət" prinsipi ilə inkişaf etdiyini deyib, ölkələrimizin hər zaman bir-birinin yanında olduqlarını vurğulayıb.

Telefon söhbəti zamanı 2025-ci ildə iki qardaş ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin dövlət başçıları təmasların davam etdirilməsi məsələsini qeyd ediblər.

 

 


20 Yan 2025
Siyasət

Kamaləddin Qafarov: “20 Yanvar şəhidlərinin xatirəsi daim yaşayacaq”

“1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qanlı Yanvar qırğını Azərbaycan xalqını eyni zamanda həm keçmiş “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə, həm də özünün dövlət müstəqilliyini bərpa etməyə qalxdığına görə cəzalandırmaq məqsədilə keçmiş sovet imperiyası rəhbərliyinin törətdiyi insanlıq əleyhinə yönəlmiş hərbi cinayətdir.”

18 Yan 2025
Siyasət

Hakan Fidan və Ceyhun Bayramov mətbuata birgə açıqlama verirlər

Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə Xarici İşlər Nazirliyində mətbuata birgə açıqlamalar verirlər.

18 Yan 2025
Siyasət

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.

18 Yan 2025
Siyasət

Hakan Fidan Ceyhun Bayramovla görüşüb

Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. 

18 Yan 2025
Siyasət

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib.