Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir

Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
08 Yan 2025 12:56

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə bağlı Zati-alinizə və həlak olanların ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzu edirəm.

Dünyasını dəyişənlərə Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!"

Bundan başqa, Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani də dövlətimizin başçısına başsağlığı verib.

Məktubda deyilir:

"Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə əlaqədar Zati-alinizə və həyatını itirənlərin ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmalarını arzulayıram.

Həlak olanlara Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!"


19 May 2026
Siyasət

İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM

Xalq şairi Sabir Xudu oğlu Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib.

19 May 2026
Siyasət

Prezident Bolqarıstanda "Şuşa Parkı"nın salınması ilə bağlı sazişi TƏSDİQLƏDİ

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

19 May 2026
Siyasət

Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti vətəndaş qəbulu keçirib.

19 May 2026
Siyasət

Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir

Azərbaycan və Belarus arasında münasibətlər bütün istiqamətlər üzrə sürətlə inkişaf edir.