Ukraynanın nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindəki söylədiyi fikirlərə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, "Ukrinform", "Unian", "İnterfaks-Ukrayna", "Korrespondent", "Yevropeyskaya Pravda", "Censor", "Ukrainskaya Pravda" və digər informasiya agentliklərində, xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin xüsusilə Ermənistan haqqında fikirləri işıqlandırılıb.
Yazılarda Azərbaycan Prezidentinə istinadla bildirilir ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Azərbaycan isə bunu yox, sülhü istəyir.
Məqalələrdə Ermənistanın faktiki olaraq bölgə üçün bir təhdid mənbəyi olduğu vurğulanır və qeyd edilir ki, müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da Azərbaycan məhv edəcək.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,3 ABŞ dolları, yaxud 0,36% azalaraq, 84,37 ABŞ dolları olub.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, İsrailin atəşkəs və əsir mübadiləsi razılaşmasını təsdiqləməsinin ardından Qətər Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsin sabah səhər saat 09:30-da qüvvəyə minəcəyini açıqlayıb.
İsrailin hərbi-siyasi kabineti HƏMAS ilə razılaşmanı təsdiq edəcəyi təqdirdə Qəzzadan ilk girovlar razılaşdırılmış plana uyğun olaraq artıq yanvarın 19-da azad edilə bilər.