"Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdısa, bu gün bu, artıq həyatımızın bir parçasıdır. Bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır.
"Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycanın Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gedib.
"Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısı çərçivəsində AYİB-in Müdirlər Şurasının plenar sessiyasında çıxış etməkdən məmnun olduq".