Azərbaycan Prezidenti: "Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər"

Azərbaycan Prezidenti: "Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər"
08 Yan 2025 10:07

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir daha Ermənistan tərəfinə məsləhətlərini verib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtlərinin qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik.

Ermənistan tərəfinə hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməyi məsləhət görən Azərbaycan Prezidenti əlavə edib: "Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir. Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs özü görür".


12 Noy 2025
Siyasət

Ərdoğan: "Azərbaycanlı qardaşlarımız bizə lazım olan hər cür dəstəyi verirlər"

Türkiyə ilə yanaşı Azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı dərindən kədərləndirən bu faciəli hadisəni hərtərəfli araşdırırıq".

12 Noy 2025
Siyasət

Ərdoğan Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarənin istintaqı barədə danışıb

Dünən C130 hərbi yük təyyarəsi qısa müddət sonra Gürcüstan–Azərbaycan sərhədinə yaxın Siqna-G bölgəsində qəzaya uğrayıb.

12 Noy 2025
Siyasət

Mikayıl Cabbarov Lü Cünlə görüşdü: Mühüm məsələlər müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov "China Datang Corporation Ltd." şirkətinin sədri Lü Cün ilə görüşüb.

12 Noy 2025
Siyasət

İlham Əliyev: "Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz məmurların göstərişləri olub"

"Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub".