Prezident telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxunub

Prezident telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxunub
08 Yan 2025 10:06

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan bir məsələyə toxunub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və ya dörddür. Müxtəlif şəxslərdən bizim müxtəlif nümayəndələrə müraciətlər daxil olub və həmişə cavab verilib: "Biz hazırıq". Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür".

Prezident bu yaxınlarda yenə danışmaq və müzakirə aparmaqla bağlı növbəti, verbal diplomatik depeşanın daxil olduğunu diqqətə çatdırıb.


14 Fev 2026
Siyasət

"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirakından süjet hazırlayıb.

14 Fev 2026
Siyasət

Sahil Babayev: Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək

Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən etibarlı tərəfdaşdır.

14 Fev 2026
Siyasət

Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında Orta Dəhlizlə bağlı panel müzakirələrində çıxış edib

Fevralın 13-də xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi" mövzusunda panel müzakirələrində çıxış edib. Paneldə, həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso çıxış ediblər.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə "Oracle" korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə Azərbaycan jurnalistlərinə müsahibə verib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə Azərbaycan telekanallarına müsahibə verib.