Qripi özümüzdən uzaq tutaq!

Qripi özümüzdən uzaq tutaq!
13 Dek 2024 15:37

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

Bu fəsildə daha çox rast gəlinən xəstəliklərə qrip (influenza), respirator virus infeksiyaları, bronxit, tonzillit kimi tənəffüs yolları infeksiyaları daxildir.

Xəstəliklərin artmasının əsas səbəbi havanın temperaturunun aşağı düşməsi, bu hava şəraitinə uyğun infeksiyaların üstünlük qazanması və insanların qapalı mühitlərdə daha çox vaxt keçirməsi ilə bağlıdır. Viruslar qapalı məkanlarda daha sürətlə yayıldığı üçün yoluxma riski artır. Hər mövsümdə qripə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə malik olduğuna görə, əsasən tənəffüs yolları infeksiyalarını törədirlər.

Hər mövsümdə isə xəstəliyin yeni mutasiya uğramış versiyası ilə tanış oluruq.

Qrip insanlara hava damcı yolu ilə yoluxur. İnsan orqanizmi qrip viruslarına qarşı çox həssas olur. Xəstə insan asqıran, öskürən və danışan zaman mikroblar qarşı tərəfə keçərək qarşıdakı insanı yoluxdura bilər.

Payız qripinin əlamətləri:

Baş ağrısı, burun axması, öskürək, hərarət, yorğunluq və s.

Hərarət adətən 3-5 gün davam edə bilər. Öskürək isə xəstənin vəziyyətindən asılı olaraq 1 aya kimi davam edə bilər. Bəzən bu əlamətlərlə yanaşı ishal, qusma halları da müşahidə oluna bilər.

Qripə yoluxmusunuzsa da, qorxmağa ehtiyac yoxdur. Qrip və soyuqdəymə zamanı təcili yardımınızın adı Agicold preparatıdır. Qısa zaman ərzində sürətli və effektiv təsir göstərir. Xəstəlik simptomları anında aradan qalxır.

Agicold saşeləri soyuqdəymə və qriplə əlaqədar olan burun tutulması, burun axması, baş ağrısı kimi simptomların yüngülləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Tərkibindəki parasetamol sayəsində yüksək hərarəti tez bir zamanda aşağı salır. Soyuqdəymə və qrip əlamətlərini tez bir zamanda aradan qaldırır. Askorbin turşusu və ya C vitamini soyuqdəymədən yaranan xəstəliklərin müalicə və profilaktikasında əhəmiyyətlidir. C vitamini orqanizmin infeksion xəstəliklərə qarşı mübarizə gücünü və immuniteti artırır.

Fenilefrin, burun selikli qişasında yerləşən venoz damarları daraldaraq burun tıxanıqlığını aradan qaldırır və burun keçidlərində hava axınına qarşı müqaviməti azaldır.

Beləliklə, siz qrip və soyuqdəymə əleyhinə daxilə qəbul üçün nəzərdə tutulmuş Agicold Hotmix preparatından istifadə etməklə, qısa müddət ərzində qripin bütün əlamətlərindən ( baş ağrısı, hərarət, burun tutulması, əzələ ağrısı) azad olacaqsınız.

Agicold hotmix preparatının 2 buraxılış forması vardır:

Agicold hotmix limon tamlı

Agicold hotmix portağal tamlı

İstifadəsi böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün uyğundur.

Bəs siz hansını seçərdiniz: Agicold hotmix limon yoxsa Agicold hotmix portağal tamlı saşeləri?


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.