Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov "Neftçi" futbol klubunun üzvləri ilə görüşüb.
"Report" xəbər verir ki, klubun bazasında baş tutan görüşdə Olimpiya çempionu və futbolçular arasında bir sıra maraqlı dialoqlar yaşanıb.
H.Heydərov uşaqlıq illərindən "Neftçi"nin azarkeşi olduğunu bildirib. Sonda klubun baş məşçqisi Samir Abasov tərəfindən qonağa "Neftçi"nin 73 nömrəli forması təqdim olunub.
Qeyd edək ki, Hidayət Heydərov Paris-2024-də 73 kq çəki dərəcəsində qalib olub.
Karate üzrə üçqat dünya çempionu İrina Zaretskaya tatamiyə qayıdır.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkil etdiyi avarçəkmə üzrə ölkə birinciliyinə yekun vurulub.
Ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.