Azərbaycanda gələcək dövr üçün yeni Vergi Məcəlləsi üzərində iş aparılır.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Bütün dəyişiklikləri özündə daha strukturlaşmış şəkildə əks etdirən, qanunvericiliyin birmənalı şəkildə tətbiqinə imkan verən daha sadə məcəlləni hazırlayıb təhvil verəcəyik", - deyə o qeyd edib.
Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlıqla bağlı potensialın reallaşdırılması müzakirə edilib.
Akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı və təqdimatı keçirilib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində bu ölkənin "J.P. Morgan Chase" Bankının İdarə Heyətinin sədrinin müavini Daniel Zelikov, eləcə də "Citi Group” şirkətinin Avropa, Yaxın Şərq və Şimali Afrika regionu üzrə ictimai sektorunun rəhbəri və idarəedici direktoru Georgiy Yordanovla görüş keçirib.