Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
29 Noy 2024 15:39

Dekabrın 24-dən 27-dək Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.

"Report" xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkil edəcəyi yarışda medal qazanan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək.

Çempionatı yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət olunan referilər idarə edəcək.

İlk iki gündə yunan-Roma, son iki gündə isə sərbəst güləş üzrə ölkə çempionları müəyyənləşəcək. İlkin görüşlər hər gün saat 10:00-da, medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək. Arenaya giriş sərbəstdir.


16 Apr 2025
İdman

Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb

Azərbaycanlı ağırlıqqaldıra İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatında 3 medal qazanıb.

15 Apr 2025
İdman

Azərbaycan qılıncoynadanları Çində keçirilən dünya birinciliyində iştirak ediblər

Azərbaycan qılıncoynadanları Çinin Usi şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində iştirak ediblər.

14 Apr 2025
İdman

Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal oyunlarının proqramı müəyyənləşib

Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinalın birinci və ikinci oyunlarının proqramı müəyyənləşib

14 Apr 2025
İdman

Azərbaycanın taekvondo klubu Avropa çempionatında ikinci yeri tutub

Azərbaycanın “Altay” taekvondo klubu Estoniyanın paytaxtı Tallində keçirilən klublararası Avropa çempionatında ikinci olub.