Ceyhun Bayramova Küveytin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsinin surəti təqdim edilib

Ceyhun Bayramova Küveytin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsinin surəti təqdim edilib
29 Noy 2024 15:01

Küveytin Azərbaycana yeni təyin olunmuş səfiri Məhəmməd Feysəl Əl-Muteyri xarici işlər naziri Ceyhun Bayramova etimadnaməsinin surətini təqdim edib.

“Report”a XİN-dən verilən məlumata görə, nazir cari ildə Azərbaycanın Küveytlə diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Görüşdə regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər COP29-un nəticələri barədə ətraflı müzakirə aparıb.

Səfir Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.


29 Apr 2025
Siyasət

Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlıqla bağlı potensialın reallaşdırılması müzakirə edilib.

29 Apr 2025
Siyasət

"Prezident Kuboku-2025" beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı keçirilib

Akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı və təqdimatı keçirilib.

29 Apr 2025
Siyasət

AMB sədrinin I müavini ABŞ-nin maliyyə sektorunun nümayəndələri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində bu ölkənin "J.P. Morgan Chase" Bankının İdarə Heyətinin sədrinin müavini Daniel Zelikov, eləcə də "Citi Group” şirkətinin Avropa, Yaxın Şərq və Şimali Afrika regionu üzrə ictimai sektorunun rəhbəri və idarəedici direktoru Georgiy Yordanovla görüş keçirib. 

29 Apr 2025
Siyasət

Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.