Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 3-ü və 4-də keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin noyabrın 29-da keçirilən plenar iclasının sonunda məlumat verib.
Sədr bildirib ki, toplantının gündəliyi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, iclasın əsas müzakirə mövzusu Azərbaycanın "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi olacaq.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Yardımlıda Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.
Milli Məclis Azərbaycanla Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişini təsdiq edəcək.
Amasyada 4.6 bal gücündə zəlzələ baş verib.