Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İmişli şəhərində İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.
"Report" Komitəyə istinadən xəbər verir ki, qurumun müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda sakinlərin əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
"Ankaranın ev sahibliyində keçirilən "Türkiyə-Azərbaycan İkili SAT Təlimi - 2024" uğurla başa çatıb".
Bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək.
Bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.