Dekabrda Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Dekabrda Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
29 Noy 2024 12:20

Dekabrın 24-25-də İslamabadda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

“Report” Pakistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin özəlləşdirmə və investisiya naziri Abdul Alim Xan məlumat verib.

Alim Xan noyabrın 28-də investisiya və özəlləşdirmə məsələlərində irəliləyişin qiymətləndirilməsinə həsr olunmuş görüşə sədrlik edib. Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin də videobağlantı vasitəsilə görüşdə iştirak edib.

Səfir bildirib ki, Azərbaycan Pakistana G2G modeli üzrə investisiya qoymaqda və dövlət müəssisələrinin özəlləşdirilməsində iştirakda maraqlıdır. O əlavə edib ki, Azərbaycan Pakistanda M6 (Sukkur-Heydərabad) və M9 (Kəraçi-Heydərabad) altı zolaqlı magistral yollarının tikintisinə investisiya qoyuluşu imkanlarını nəzərdən keçirir. Öz növbəsində, Alim Xan səfirdən dekabrın 24-də başlayacaq Pakistan-Azərbaycan Birgə Komissiyasının ikigünlük iclasına qədər hazırlıq işlərini tamamlamağı xahiş edib.

Nazir həmçinin qeyd edib ki, Pakistan Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə özəlləşdirmə, investisiya və kommunikasiya sahələrində əlaqələndirilmiş tədbirlər vasitəsilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bunun üçün Türkiyə, Azərbaycan və Özbəkistan səfirləri ilə ayrı-ayrılıqda görüşlər keçirməyi planlaşdırır.

Alim Xan bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri ticarət məsələlərində Pakistan üçün Şərqi Avropaya açılan qapı ola bilər və bunun üçün əlimizdən gələni etməliyik.

Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının əvvəlki iclası 2021-ci il dekabrın 2-də Bakıda keçirilib.


18 Mar 2025
Siyasət

Ceyhun Bayramov Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayrampv Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım edib.

18 Mar 2025
Siyasət

Baş nazir qəzalı binalarla bağlı müşavirə keçirdi

Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.

18 Mar 2025
Siyasət

Azərbaycana İsraildən gələnlərin sayı 4 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 162 ölkədən 338,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

18 Mar 2025
Siyasət

Mehriban Əliyeva Azərbaycan xalqının İlaxır çərşənbəsini Ağdərədən təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını İlaxır çərşənbə münasibətilə təbrik edib.

18 Mar 2025
Siyasət

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubları ünvanlayıb.