Su səviyyəsinin düşməsi nəticəsində Xəzər dənizində yeni adalar aşkar edilib. Dağıstan alimləri yeni ərazilərdə bitkilər və quşlar müşahidə ediblər.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
"Xəzər dənizinin səviyyəsinin düşməsi səbəbindən xüsusi mühafizə olunan ərazilərdə və onlara bitişik akvatoriyalarda böyük dəyişikliklər qeydə alınıb. Aqraxan körfəzi, demək olar ki, mövcudluğunu dayandırıb, ondan yalnız şimal hissədə dayaz sular qalıb. Çeçen adası və onun cənubunda yerləşən adalar Aqraxan yarımadası ilə birləşib. Xəzərin şimal-qərb hissəsində yeni adalar əmələ gəlib ki, burada qamış və yulğun kolları, qağayı koloniyaları yaranır. Alimlərımiz yeni adalarda flora və faunanın formalaşması proseslərini müşahidə etmək üçün unikal imkan əldə ediblər", - deyə "Dağıstan" Dövlət Təbiət Biosfer Qoruğunun (Rusiya) direktoru Kurban Kuniyev məlumat verib.
Onun sözlərinə görə, dənizdə su səviyyəsinin azalması səbəbindən "Kizlyar körfəzi" sahəsi də, demək olar ki, dəniz akvatoriyasını tamamilə itirib.
"Hazırda o, dövri olaraq dəniz suyunun basdığı bataqlıq və bataqlıqətrafı çəmənliklərdən ibarətdir", - deyə Kuniyev əlavə edib.
Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
"Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur".
Ölkə əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10268165 nəfərə çatıb.