Cəbrayıl sakini: "30 ildir ki, bu günü arzulamışam"

Cəbrayıl sakini: "30 ildir ki, bu günü arzulamışam"
29 Noy 2024 09:48

"Cəbrayılımıza köçürük - 30 ildir həsrət qaldığımız rayonumuza. Şükür Allaha, torpaqlarımız azad olundu. Səbəbkarlar var olsun. Şəhidlərimizin ruhu şad olsun".

Oxu.Az xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Səkinə Musayeva bildirib.

"O qədər ağır, o qədər çətin günlərimiz olub ki, dilə gətirməyə utanmışıq. Həmişə bircə bu günü arzulamışam. Biz Cəbrayılda çox gözəl yaşayırdıq. İndi də qayıdırıq, günlərimiz daha da gözəl olacaq. Allah Prezidentimizə uzun ömür versin, bizə daha yaxşı günlər nəsib olsun", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə, ümumilikdə 40 ailə - 200 nəfər doğma yurduna köçürülüb.


28 Mar 2025
Cəmiyyət

Bakıda qumbaralar aşkar edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Süleyman Vəzirov küçəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

28 Mar 2025
Cəmiyyət

Fitrə zəkatı nə qədər verilməlidir? - RƏSMİ

Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

28 Mar 2025
Cəmiyyət

Azərbaycanda bayram namazının vaxtı AÇIQLANDI

Azərbaycanın bütün məscidlərində martın 30-da Ramazan bayramı münasibətilə bayram namazları qılınacaq.

28 Mar 2025
Cəmiyyət

Sabah 24 dərəcə isti olacaq - 29.03.2025

Azərbaycan ərazisində martın 29-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

28 Mar 2025
Cəmiyyət

Xankəndiyə turist axını var - FOTO - VIDEO

Bayram tətilini fürsət bilən sakinlər işğaldan azad edilmiş bir çox rayonlarımızla bərabər, Xankəndi şəhərinə də səfərlər edirlər.