Cəbrayıl sakini: "Çatan kimi torpağımı bağrıma basacağam"

Cəbrayıl sakini: "Çatan kimi torpağımı bağrıma basacağam"
29 Noy 2024 09:14

"Cəbrayıl şəhərində anadan olmuşam, orada yaşamışam, ömrümün çoxu - uşaqlığım, cavanlığım orada keçib. 30 illik həsrətdən sonra yenidən qayıdıram. Söz vermişəm, çatan kimi torpağımı bağrıma basacağam. Cəbrayılıma qurban olum. O qədər sevinirəm ki, heç danışa da bilmirəm".

Oxu.Az xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köçən keçmiş məcburi köçkün Yusif Kərimov deyib.

O, bu günü onlara nəsib edən vətən övladlarına minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb.

Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə ümumilikdə 40 ailə - 200 nəfər dogma yurduna köçürülüb.


7 Noy 2026
Cəmiyyət

Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində "Bakı Metropliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.

7 Noy 2026
Cəmiyyət

Faktiki hava açıqlandı

Noyabrın 7-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

7 Noy 2026
Cəmiyyət

Təbii qazın qiyməti artıb

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.