Annalena Berbok: Rusiya səfiri Almaniya XİN-ə çağırılıb

Annalena Berbok: Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
28 Noy 2024 17:11

Rusiyanın Almaniyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirdiyi mətbuat konfransında bildirib.

Məlumata görə, buna səbəb Almaniya ARD telekanalının jurnalistlərinin Rusiya ərazisindən çıxarılmasıdır.

"ARD əməkdaşlarının çıxarılması qəbuledilməzdir və əsaslandırma sadəcə uydurmadır. Biz bunu tamamilə pisləyirik. Bu səbəbdən bu gün Rusiya səfirini çağırdıq", - o qeyd edib.

Almaniya hökumətinin Rusiyanın “Birinci” kanalının Almaniya bürosunu bağlamaq qərarına gəldiyi və Berlindəki müxbir məntəqəsinin əməkdaşları İvan Blaqoy və Dmitri Volkova ölkəni tərk etmək göstərişi verildiyi məlum olub.

Tezliklə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova cavab olaraq ARD media qrupunun iki jurnalistinin çıxarıldığını bildirib. O, telekanalın ölkəyə yeni əməkdaşlar göndərə biləcəyini, lakin bunun yalnız Berlindəki “Birinci” kanalın müxbir məntəqəsinin işi bərpa ediləcəyi təqdirdə mümkün olacağını vurğulayıb.


15 May 2025
Dünya

Türkiyədə güclü zəlzələ oldu - Ankarada da hiss edildi

Konyanın Qulu rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.

15 May 2025
Dünya

Hakan Fidan: "ABŞ nümayəndə heyəti İstanbuldadır"

Amerika Birləşmiş Ştatlar administrasiyasının bir neçə nümayəndəsi Türkiyənin İstanbul şəhərindədir.

15 May 2025
Dünya

Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərini Rusiya lideri Vladimir Putin üçün çox aydın siqnal adlandırıb.