Azərbaycan Prezidenti albaniyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti albaniyalı həmkarını təbrik edib
28 Noy 2024 11:13

Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya təbrik məktubu ünvanlayıb.

Oxu.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimizin, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Fəal siyasi dialoqumuz bütün sahələrdə birgə fəaliyyətimizi daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.

Son dövr ərzində həyata keçirilmiş ali səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın inkişafına yeni təkan verib.

Əminəm ki, Azərbaycan-Albaniya dostluq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


2 Dek 2024
Siyasət

Türkiyə ilə Azərbaycan HDQ arasında keçirilən təlimlər başa çatdı

"Ankaranın ev sahibliyində keçirilən "Türkiyə-Azərbaycan İkili SAT Təlimi - 2024" uğurla başa çatıb".

2 Dek 2024
Siyasət

MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək

Bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək.

2 Dek 2024
Siyasət

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək

Bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək.

2 Dek 2024
Siyasət

İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.